BAKI, 3 iyul — Sputnik. Türkiyənin "Samsunspor" klubunun futbolçusu Ahmet Saqat karyerasını Azərbaycanda davam etdirə bilər.
"Ajansspor"un yaydığı xəbərə görə, "Qarabağ" 27 yaşlı hücumçu üçün Liqa 1 təmsilçisinə təklif göndərib.
"Köhlən atlar"la yanaşı Belçika təmsilçisi "Mexelen"in də türkiyəli oyunçu ilə maraqlandığı bildirilir. Azərbaycan klubunun bu transferdə israrlı olduğu vurğulanıb.
Qeyd edək ki, Ahmet Saqat ötən il "Menemenspor"dan "Samsunspor"a keçib.