DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə yeni saziş imzalayıb

Saziş üzrə birgə fəaliyyətlər, o cümlədən analitik kriminalistikanın innovativ metodları, biotoksinlərin təhlili və müfəttişlərin təlimi üzrə işlər gücləndiriləcək.
Sputnik
BAKI, 3 iyul — Sputnik. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) və ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi arasında Kimyəvi Silahlar Konvensiyası (CWC) çərçivəsində yeni əməkdaşlıq sazişi imzalayıb.
Bu Kimyəvi Silahlar Konvensiyasının həyata keçirilməsi ilə bağlı geniş spektrli fəaliyyətlər üzərində birgə işləmək üçün yeni əməkdaşlıq sazişidir.
Bildirilir ki, saziş üzrə birgə fəaliyyətlər, o cümlədən analitik kriminalistikanın innovativ metodları, biotoksinlərin təhlili və müfəttişlərin təlimi üzrə işlər gücləndiriləcək. Bu fəaliyyətlərin əksəriyyəti Niderlandda bu yaxınlarda açılmış Kimya və Texnologiyalar üzrə OPCW Mərkəzində baş tutacaq.
Birləşmiş Ştatlar hələ də təsirli kimyəvi döyüş arsenalına malik olan yeganə ölkədir.
Rusiya Federasiyası 27 sentyabr 2017-ci ildə kimyəvi arsenalını tamamilə məhv edib.
İyunun sonunda OPCW bildirmişdi ki, ABŞ beynəlxalq konvensiyaya əsasən, öz ərazisindəki sonuncu kimyəvi silah anbarını məhv etməli idi, bu, yaxın həftələrdə baş verməlidir.