TƏHSİL

Nazir: "Bilikli cəmiyyət kimi formalaşmaq üçün lazımi resurslardan istifadə önəmlidir"

Əmrullayev bildirib ki, son 30 ildə Azərbaycanda bütün sahələrdə köklü şəkildə dəyişikliklər baş verib
Sputnik
BAKI, 1 iyul - Sputnik. "Müsabiqə mədəniyyətinin və ən bacarıqlı şəxslərin qalib gəlməsini təmin etmək çox çətin məsələdir. Bu işi bacaran təşkilatlara böyük təşəkkür düşür".
"Report"un xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
O bildirib ki, son 30 ildə Azərbaycanda bütün sahələrdə köklü şəkildə dəyişikliklər baş verib: "Əhalimizin çox hissəsi müstəqillikdən əvvəl doğulub. Keçdiyimiz yola baxanda hər 10 illik fərqli olub. Hesab edirəm ki, müstəqillik müsabiqə qalibləri üçün ən mühüm dəyərdir. Müstəqilliyin davamlı olması üçün də savadlı, bacarıqlı, ən əsası da hazırlıqlı kadrlar olmalıdır və onlar vaxtında cəmiyyətdə tanınmalıdır".
"Bizi düşündürən suallar növbəti 10 illikləri əhatə edəcək. Xüsusilə risklər haqqında düşünmək lazımdır. Bilikli cəmiyyət kimi formalaşmaq üçün lazımi resurslardan istifadə önəmlidir. Bu cür müsabiqələrdə qalib və ya məğlub olmur. Önəmli olan odur ki, hər bir fərd müsbət mənada nəsə öyrənmiş olsun. Özüm də bəzi müsabiqələrdə qalib olmuşam və ya qalib olmamışam. Amma hər birindən nəsə öyrənmişəm", - nazir əlavə edib.