İDMAN

Ferstappen Formula 1 Avstriya Qran-Prisində sprint yarışının qalibi olub

İkinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres tutub. “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns üçüncü olub.
Sputnik
BAKI, 1 iyul - Sputnik. “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 9-cu raundunda - Avstriya Qran-Prisində sprint yarışında qalib gəlib.
İkinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres tutub. “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns üçüncü olub.
Bu mövsüm sprint əsas yarış üçün təsnifat deyil. Dünya çempionatı cədvəlindəki xalları sprintin sonunda ilk səkkiz yeri tutan idmançılar alır. Qalib səkkiz xal qazanır, səkkizinci olan bir xal qazanır.
Dünya çempionatının ümumi hesabında Ferstappen liderliyini möhkəmləndirib, hollandiyalı 203 xal toplayıb. Peres 133 xalla ikinci, Aston Martin komandasının üzvü Fernando Alonso isə 121 xalla üçüncüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.