CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Britaniya səfiri İsmayıllıda tufana düşüb, sakinlər onu geyim və qida ilə təmin ediblər

Səfir özünün Twitter hesabında İsmayıllıdakı qonaqpərvərliyə heyranlığını ifadə edib.
Sputnik
BAKI, 1 iyul - Sputnik. İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld geyim və qida ilə təmin olunub.
Səfir bu barədə özünün Twitter hesabında yazıb. O, İsmayıllıdakı qonaqpərvərliyə heyranlığını ifadə edib.
İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld
"İsmayıllıya ilk gəlişimi xüsusi edən insanlar: - bələdçimiz Elvin, Lahıc orta məktəbinin direktoru Dadaş müəllim, Şamaxı Rəsədxanasını bizə göstərən astrofizik, Vafiq və onun tufandan sonra bizi qida və geyimlə təmin edən ailəsi. Qonaqpərvər azərbaycanlılar”, - səfir sosial şəbəkə hesabında qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.