Rusiya taxıl sazişinə xitam veriləcəyi təqdirdə ən yoxsul ölkələrə tədarükü təmin edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ən yoxsul ölkələrə tədarük pulsuz həyata keçiriləcək.
Sputnik
BAKI, 30 iyun - Sputnik. Taxıl sazişinə xitam veriləcəyi təqdirdə, Rusiya öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə taxıl tədarükünü təmin edəcək.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə qeyd edib.
Lavrov bildirib ki, “Tolyatti-Odessa” ammonyak boru kəmərini partladan Ukrayna Silahlı Qüvvələrinin (USQ) terror aktı “səbr kasasında daha bir damla” olub.
“Qara dəniz təşəbbüsünü davam etdirmək istəyənlərin hansı arqumentləri olduğunu görmürəm, çünki o, Ukrayna taxılı baxımından çoxdan kommersiya halına gəlib”, - deyə nazir qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, 2023-cü ildə Rusiyada taxıl ixracının təxminən 50 milyon tona çatacağı gözlənilir. Müvafiq olaraq, Rusiya tərəfdaşları taxıl sazişinin dayandırılmasından zərər görməyəcəklər.
"Qara dəniz təşəbbüsünün başlanmasından bəri Ukraynadan 32,5 milyon ton taxıl, ilk növbədə qarğıdalı, yağlar, buğda ixrac olunur. Alıcıların demək olar ki, 40%-i Avropa İttifaqı (Aİ), 24%-i Çin, təxminən 10%-i Türkiyədir və bu taxılların 2,5%-dən bir qədər çoxu ən yoxsul ölkələrə ixrac edilib. Biz təşəbbüsün dayandırılması halında ən kasıb ölkələrə öz hesabımıza pulsuz taxıl tədarükünü təmin edəcəyik”, - deyə Lavrov fikrini yekunlaşdırıb.
Bu yaxınkarda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, sazişinin şərtləri yerinə yetirilmədiyinə görə onun uzadılması üçün heç bir ilkin şərt yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.