İDMAN

Avropa Oyunları: Boksçumuz finala yüksəlib və Paris-2024-ə lisenziya qazanıb

O, finala çıxmaqla özü üçün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib.
Sputnik
BAKI, 30 iyun - Sputnik. Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.
+92 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) qüvvəsini sınayıb.
Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, çempionluq şansını davam etdirib.
O, finala çıxmaqla özü üçün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan öncə Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnib.
Qeyd edək ki, Allahverdiyev Avropa Oyunlarının bürünc medalını da qazanıb.
18:08
Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançı finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib.
Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən Azərbaycan təmsilçisi Avropa Oyunlarını bürünc medalla başa vurub.
Qeyd edək ki, bu gün millinin daha bir üzvü yarımfinal görüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Nelvi Ram Tiafakla (Almaniya) üz-üzə gələcək (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.