RUSİYA

Kadırov Putinin qəbuluna gedib və onunla selfi çəkdirib

Kadırov deyib ki, RF lideri ilə regionun uzunmüddətli planlarını və əldə etdikləri nailiyyətləri müzakirə ediblər.
Sputnik
BAKI, 28 iyun - Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov Qurban bayramı ərəfəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü və regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib.
Bu barədə Kadırov öz Telegram kanalında paylaşım edib.
"Görüşümüzdə mən Çeçenistan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında məlumat verdim. Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov yazıb.
O, səhifəsində görüşdən Putinlə selfi formatında foto da paylaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.