HADİSƏ

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Sərnişin İbrahimov Nazim Zülfəli oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Bakı-Quba yolunda yük maşını aşıb, ölən və yaralanan var.
"Report" xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Mustafeyev Bəhruz Vaqif oğlunun idarə etdiyi yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində ölüb.
Sərnişin İbrahimov Nazim Zülfəli oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.