BAKI, 26 iyun - Sputnik. Rusiya lideri Vladimir Putin RF xalqına müraciət edib. Rusiya prezidenti rusiyalılara son günlər göstərdikləri dözümlülük, birlik və vətənpərvərliyə görə təşəkkür edərək, iğtişaş yaratmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu vurğulayıb.
Onun sözlərinə görə, “bütün səviyyələrdə cəmiyyətin, icra və qanunvericilik hakimiyyətinin ən yüksək konsolidasiyası” göstərilib.
“Konstitusiya quruluşunu dəstəkləmək üçün ictimai təşkilatlar, dini konfessiyalar, aparıcı siyasi partiyalar - əslində bütün Rusiya cəmiyyəti qəti, birmənalı mövqe tutdu. Hamını əsas şey - Vətənin taleyi üçün məsuliyyət birləşdirdi və topladı", - deyə Putin vurъulayıb.
Vladimir Putin müraciətində həmçinin bildirib ki, silahlı üsyan istənilən halda yatırılacaqdı.
Rusiya Prezidentinin sözlərinə görə, üsyan təşkilatçıları Rusiyaya və onlarla birlikdə olanlara xəyanət ediblər.
“Üsyan təşkilatçıları adekvatlığını itirmələrinə baxmayaraq, bunu başa düşməyə bilməzdilər, onlar hər şeyi, o cümlədən cinayət əməllərinə getdiklərini, hazırda kənardan görünməmiş təzyiq, nəhəng xarici təhlükə ilə üz-üzə qalan ölkəni parçalamaq və zəiflətmək üçün getdiklərini anlayırdılar. Cəbhədə "geriyə bir addım da olmaz!" deyərək yoldaşlarımız həlak olduğu vaxt. Lakin qiyamın təşkilatçıları öz ölkələrinə, xalqına xəyanət edərək, cinayətə sürüklənənlərə xəyanət etdilər. Onlara yalan danışdılar, onları ölümə, atəşə, özlərinə atəş açmağa itələdilər", - deyə Rusiya Prezidenti vurğulayıb.
Vladimir Putin üsyançıların qarşısını kəsən bütün Rusiya hərbçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və xüsusi xidmət orqanlarının əməkdaşlarına təşəkkür edib.
“Mən qiyamçıların yolunda dayanan bütün hərbi qulluqçularımıza, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xüsusi təyinatlılara təşəkkür edirəm. Onlar borclarına, andına, xalqına sadiq qaldılar”, - deyə RF prezidenti bildirib.
Rusiya dövlət başçısı bildirib ki, "Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Rusiya Federasiyasının Müdafiə Nazirliyində xidmətini davam etdirə və ya Belarusiyaya gedə bilər, Vaqneritlərə verilən vəd yerinə yetiriləcək:
Putin həmçinin "Vaqner" qrupunun “yeganə düzgün qərar verən" döyüşçülərinə və komandirlərinə təşəkkür edib.
"Onlar qardaş qanı tökmədən, son anda dayandılar”, - deyə Putin fikrini yekunlaşdırıb.