RUSİYA

Azərbaycan A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalında necə təmsil olunub

Laboratoriya Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının yaradıcısı və prezidenti Valeri Şadrinin xatirəsinə həsr olunub.
Sputnik
BAKI, 26 iyun - Sputnik. Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyası MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə A.P.Çexov adına XVI Beynəlxalq Teatr Festivalı çərçivəsində gənc rejissorların laboratoriyasını təşkil edib.
Azərbaycan Teatr Xadimləri İttifaqından Azərtac-a verilən məlumata görə, laboratoriyada ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Mehman FətullayevAzərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Anar Məmmədov təmsil ediblər.
Gənc rejissorlarımız beynəlxalq teatr festivalında ölkəmizi təmsil ediblər
Bu il laboratoriya Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının yaradıcısı və prezidenti Valeri Şadrinin xatirəsinə həsr olunub. Dram və Rejissorluq Mərkəzində 11 gün ərzində MDB ölkələrindən olan gənc aktyor və rejissorlar laboratoriyanın bədii rəhbəri, rejissor Vladimir Pankovun “saund drama” adlı müəllif üsulunu məmnuniyyətlə öyrəniblər.
Gənc rejissorlarımız beynəlxalq teatr festivalında ölkəmizi təmsil ediblər
Laboratoriyada Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, gənc teatr xadimləri üçün ilk laboratoriya 2008-ci ildə təşkil edilib, 2023-cü ildə keçirilən görüş sayca onuncu olub. Layihənin nəticəsi A.P.Çexovun hekayələri əsasında nümayiş etdirilən multikultural tamaşa olub.
Gənc rejissorlarımız beynəlxalq teatr festivalında ölkəmizi təmsil ediblər
Tamaşa laboratoriyanın müəllimləri - Vladimir Pankov, Sergey Rodyukov, Artem KimYekaterina Kislovanın rəhbərliyi altında kollektivlərin yaratdığı epizodlar əsasında hazırlanıb. Həmçinin laboratoriya iştirakçıları Çexov festivalının və Moskva teatrlarının proqramından ibarət olan tamaşalara baxmaq imkanı əldə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.