BAKI, 25 iyun — Sputnik. Ötən gün hərəkətin məhdudlaşdırıldığı Taqanroq-Rostov-na-Donu magistralında nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə Taqanroq administrasiyasının rəhbəri Andrey Fateyev öz Telegram kanalında bildirib.
Fateyev həmçinin çətin şəraitdə şəhərdə həyatı təmin edən sistemlərin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş işini təmin edən hər kəsə təşəkkür edib.
"Səbir və anlayışa görə şəhər sakinlərinə və qonaqlarına ayrı-ayrılıqda təşəkkür edirəm", - deyə administrasiya rəhbəri əlavə edib.
Onun sözlərinə görə, bütün şəhər xidmətləri adi qaydada işlərini davam etdirir.
Bundan əvvəl Baza Telegram kanalı Rostov-na-Donudan Taqanroqa doğru gedən yolun "Vaqner" ÖHŞ-in hərbçiləri tərəfindən minalanmış olduğunu bildirmişdi.
İyunun 24-də səhər saatlarında Vaqner qüvvələri Rostov-na-Donuya daxil olub, şəhərin küçələrində hərbi texnika və döyüşçülərin fotoşəkilləri yayılıb.
Rusiya prezidenti Vladimir Putin ruslara müraciətində bunu qiyam adlandırıb və cəmiyyəti parçalamaq cəhdini "kürəkdən vurulan bıçaq" adlandırıb. Putin əlavə edib ki, "xəyanət yoluna bilərəkdən qoşulanlar qaçılmaz cəzaya məruz qalacaqlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.