VİDEO

Cəbiş müəllim çarın Petroqradın müdafiəsini tapşırdığı azərbaycanlı barədə

General Əliağa Şıxlinski məhz istedadına görə Hərbi Akademiyanı oxumadan, çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil edilən azsaylı şəxslərdəndir
Sputnik
Çar Rusiyası ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini, "artilleriyanın allahı" adını qazanmış Əliağa Şıxlinskinin hərbçi istedadı 1904-1905-ci illərdəki rus-yapon müharibəsində üzə çıxıb. Port-Artur qalasının müdafiəsi zamanı xüsusilə fərqləndiyinə görə "Qızıl qılınc" mükafatına layiq görülüb.
1910-cu ildə dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" kitabı çap olunub. Bundan əlavə, "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib.
I Dünya Müharibəsi zamanı onun hərbi bacarığını yüksək qiymətləndirən rəhbərlik Petroqradın artilleriya müdafiəsini məhz general Əliağa Şıxlinskiyə tapşırıb. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olunub.
Çar ordusundakı şücaətinə görə, Şıxlinski "artlilleriynın allahı" adını qazanıb.
Azərbaycan xalqının böyük oğlu, görkəmli hərbçi general Əliağa Şıxlinski barədə daha müfəssəl məlumat əldə temək üçün Cəbiş müəllimi dinləyə bilərsiniz.