DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus Təhlükəsizlik Şurası: Bu, fəlakətə gətirib çıxara bilər

Belə ssenarilərin başlanğıcında maraqlı qüvvələr olmasa belə, onları inkişaf etdirmək və ona rəhbərlik etmək şansını əldən verməyəcəklər
Sputnik
BAKI, 24 iyun — Sputnik. Rusiyadakı vəziyyət fonunda Belarus Təhlükəsizlik Şurası Minskin Rusiya Federasiyasının müttəfiqi olaraq qaldığını bəyan edərək, hərbi-siyasi dairələrdə və vətəndaş cəmiyyətində istənilən daxili münaqişənin kollektiv Qərbə hədiyyə olduğunu vurğulayıb.
"Belə ssenarilərin başlanğıcında maraqlı qüvvələr olmasa belə, onları inkişaf etdirmək və ona rəhbərlik etmək şansını əldən verməyəcəklər", - Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyinin bəyanatında deyilir.
Belarus Təhlükəsizlik Şurası hesab edir ki, bu, fəlakətə gətirib çıxara bilər.
"Rusiyanın tarixində iğtişaşlardan daha pis heç nə olmayıb", – bəyanatda deyilir.
Təhlükəsizlik Şurası xalqın maraqlarının, sadə vətəndaşların həyatının, Rusiyanın bütövlüyünün təhlükə altında olduğunu vurğulayıb.
Təhlükəsizlik Şurası əlavə edib ki, Belarus xalqı həmişə Rusiyanın yanında olub və olacaq.
"Belarus xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələrini tam bölüşərək Rusiyanın müttəfiqi olub və olaraq qalır. Bu, Donbasda rus xalqını qorumaq üçün çətin, məcburi və haqlı missiyadır. Əslində, Rusiyanın gələcəyi, slavyan dünyası üçün mübarizə gedir", - bəyanatda deyilir.