"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır".
"Səbəblər arasında isə qeydiyyat prosesinin kifayət qədər çətin olması, ekspertizanın tam şəffaf olmaması, Tarif Şurasının qiyməti birbaşa təyin etməsi və s. məsələlər yer alıb. Hiss olunur ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər hazırlanarkən bu məsələlər dərindən təhlil olunub. Təklif edirəm ki, qanunda Tarif Şurasının artıq dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini müəyyən etsin. İqtisadiyyatda belə yanaşma var ki, əgər siz hər hansı məhsulun qıtlığına nail olmaq istəyirsinizsə, ona qiymət təyin edin", - deyə o əlavə edib.