RUSİYA

Volodin Qərbə nasizm üzərində Qələbə Gününü xatırladıb

Rusiya Dövlət Dumasının sədri Vaşinqton və Brüsselə 1941-ci il iyunun 22-dən sonra 9 may 1945-ci ildə nasist şər ruhları üzərində Qələbə gününün gəldiyini xatırladıb.
Sputnik
BAKI, 22 iyun — Sputnik. 1941-ci il iyunun 22-dən sonra nasizm üzərində Qələbə günü gəlib çatıb.
Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında yazıb.
Böyük Vətən Müharibəsinin başlanmasının 82-ci ildönümü günündə o, Vaşinqton və Brüsselə Böyük Vətən Müharibəsində 27 milyondan çox insanın həlak olduğunu xatırladıb. Volodinin sözlərinə görə, bu gün dünya yenidən nasizmin, xüsusən də Kiyev rejiminin təzahürləri ilə üzləşib.
"Onlar tarixin dərslərindən hələ də nəticə çıxarmayıblar. Qərbi qaçılmaz məğlubiyyət gözləyir. Vaşinqton və Brüssel yadda saxlamalıdır ki, 1941-ci il iyunun 22-dən sonra 9 may 1945-ci il - nasist şər ruhları üzərində Qələbə günü gəldi. Bu dəfə də belə olacaq", - deyə Dövlət Dumasının sədri yazıb.
Xatırladaq ki, 1941-ci il iyunun 22-də faşist Almaniyası müharibə elan etmədən SSRİ-yə hücum edərək, hərbi-strateji obyektlərə, eləcə də bir çox şəhərlərə böyük zərbə vurub. 1418 gün davam edən Böyük Vətən Müharibəsində 27 milyona yaxın insan həlak olub.
Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Vətən Müharibəsinin başlanmasının 82-ci ildönümü günü Moskvada Rusiya Prezidenti Vladimir Putin Aleksandr bağında naməlum əsgərin məzarına əklil qoyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.