NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

“Fitch” bu il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb

2024-cü il üçün agentlik proqnozunu dəyişməyərək, onu 75 dollar səviyyəsində saxlayıb.
Sputnik
BAKI, 22 iyun — Sputnik. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2023-cü il üçün "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu azaldıb.
Bu il "Brent" markalı neftin bir barelinin qiymətinin 80 dollar təşkil edəcəyi ehtimal olunur ki, bu da öncəki proqnozdan 5 dollar azdır.
Məlumata görə, 2024-cü il üçün agentlik proqnozunu dəyişməyərək, onu 75 dollar səviyyəsində saxlayıb.
Bundan başqa, agentlik 2023-cü il üçün WTI markalı neftin bir barelinin qiyməti ilə bağlı gözləntilərini 80 dollardan 75 dollara endirib.
Buna baxmayaraq, "Fitch", əvvəl gözlənildiyi kimi, gələn il üçün WTI neftinin bir barelinin qiymətini 70 dollar səviyyəsində proqnozlaşdır.
Onu da qeyd etmək lazımdır, agentlik neftin hər iki markası üzrə daha uzunmüddətli qiymət proqnozları artırıb.
Beləliklə, 2025-ci il üçün "Brent" markalı neftin bir barelinin qiyməti üzrə proqnoz 65 dollardan 70 dollaradək, 2026-cı il üçün isə 53 dollardan 65 dollaradək artırılıb. WTI neftinin qiymətləri üzrə proqnoz 2025-ci il üçün əvvəlki 60 dollardan 65 dollaradək, 2026-cı il üçün isə 50 dollardan 60 dollaradək yüksəldilib (APA).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.