BAKI, 21 iyun - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.
Bu barədə Azərbaycan XİN-in Twitter hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, C.Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün Birləşmiş Krallıqda səfərdədir. O, bundan əvvəl Böyük Britaniya XİN başçısı Ceyms Kleverli ilə görüşüb.
Görüşdə iki ölkə münasibətlərinin genişləndirilməsi üzrə addımlar müzakirə edilib.
Tərəflər arasında regionda sabitliyin və sülhün təminatına yönəlmiş əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında regionda sabitliyin və sülhün təminatına yönəlmiş əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.