İDMAN

Azərbaycanlı qadın idmançı Fransada keçirilən beynəlxalq yarışın qalib olub

Gərgin keçən mübarizədə Aqata Zəhrabəyova üç yarışda 70%-dən çox xal toplayaraq ilk üçlükdə qalmağı bacarıb.
Sputnik
BAKI, 21 iyun — Sputnik. 16-18 iyun 2023-cü il tarixlərində Fransanın Jardin şəhərində CDİ3* kateqoriyalı atçılıq idmanının dresaj növü üzrə beynəlxalq yarış keçirilib.
Atçılıq Federasiyasından verilən məlumata əsasən, Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Hollandiya kimi 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda Azərbaycanı AqataKarina Zəhrabəyovalar təmsil ediblər.
Jardin şəhərində CDİ3* kateqoriyalı atçılıq idmanının dresaj növü üzrə beynəlxalq yarış
Aqata Zəhrabəyova yarışa "RM Golden Showman", Karina Zəhrabəyova isə "Ein Stern" və "Delicato 2" atları ilə qatılıblar.
Gərgin keçən mübarizədə Aqata Zəhrabəyova üç yarışda 70%-dən çox xal toplayaraq ilk üçlükdə qalmağı bacarıb, Karina Zəhrabəyova isə həftəyə 74%-dən çox xalla yekun vuraraq Junior Freestyle yarışının qalibi olub.
Tədbirin sonunda qaliblər pul mükafatı, medal və kuboklarla təltif ediliblər.