BAKI, 20 iyun — Sputnik. Rusiyanın xarici ticarətində Çin, Hindistan, Türkiyə və Azərbaycan Avropa İttifaqını əvəz edib, Çinlə ticarət isə bu il 200 milyard dollara çata bilər. Bunu Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davydov SPİEF-in kənarında RİA Novosti-yə müsahibəsində deyib.
"Müqəddəs yer heç vaxt boş qalmaz. Çin çox ciddi şəkildə inkişaf edir. Hesab edirəm ki, ölkələrimizin liderlərinin ticarətlə bağlı qarşıya qoyduğu 200 milyard dollarlıq vəzifəyə, əgər kataklizmlər olmasa, bu il nail olmaq olar", - Davıdov bildirib.
Onun sözlərinə görə, Hindistan, Türkiyə və Azərbaycanla da ticarət çox güclü inkişaf edir.
"Bu ölkələr artıq bizim Avropa ilə ticarətimizi əvəzləyiblər: cənub və şərq istiqamətləri çox fəal inkişaf edir", - o izah edib.
2022-ci ildə Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi səkkiz il ərzində maksimuma - 258,6 milyard avroya çatıb, Avropa ölkələrinin Rusiyadan idxalı isə tarixi maksimum səviyyəsində olub. Bu barədə RİA Novosti martda Eurostat məlumatlarına əsasən hesablayıb.
Eyni zamanda, Davydovun sözlərinə görə, Almaniya Rusiya Federasiyasının ilk 10 ticarət tərəfdaşı sırasında qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.