İDMAN

Azərbaycanın şahmat millisi bu gün Avropa çempionatında mübarizə aparacaq

Yığma ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla üz-üzə gələcək.
Sputnik
BAKI, 19 iyun - Sputnik. Bu gün Polşada III Avropa Oyunları ərəfəsində şahmatın blits növü üzrə Avropa çempionatı keçiriləcək.
"Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov və Günay Məmmədzadənin yer aldığı Azərbaycan millisi ilk olaraq 7 qarşılaşma keçirəcək.
Yığma ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla üz-üzə gələcək.
Reqlamentə əsasən, komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.