DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NASA: Günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə bilər

NASA rəsmilərinin açıqlamalarına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Buna hazırlaşmaq üçünsə cəmi 30 dəqiqə vaxt olacaq.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Son günlərdə baş verən günəş fırtınalarını araşdıran NASA, ölümcül gücə malik günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə biləcəyini açıqlayıb. Türkiyənin «Sabah» qazetinin verdiyi xəbərə görə, yeni baş verən günəş tufanında Yerin maqnit sahəsində çatlar əmələ gəlib.
Məlumata görə, baş verəcək belə günəş fırtınaları cəmi 30 dəqiqə əvvəl bəşəriyyətə məlum olur və onların təsiri bir neçə həftə davam edir.
NASA rəsmilərinin açıqlamalarına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Buna hazırlaşmaq üçünsə cəmi 30 dəqiqə vaxt olacaq.
Bu halda insanlar həm də sağ qalma dəsti yaratmaq və rəqəmsal sənədlərin kağız nüsxəsini almağa hazırlaşmalıdırlar.
Mütəxəssislərin hesabatlarına görə, Günəşdəki partlayış nəticəsində yaranan hissəciklər Yer kürəsinin ətrafında fırlanan peykləri poza bilər və ehtimal 50 faiz civarındadır. Eyni zamanda, mütəxəssislər elektrik enerjisinin kəsilməsi ehtimalının olduğunu da diqqətə çatdırıblar.
Sözügedən axın Yerdəki bir çox texnoloji cihazı sıradan çıxara bilən radiasiya ehtiva edir. Qeyd edək ki, astronomlar aprelin 24-də Günəşin səthində partlayış müşahidə etmişdilər.
Meksikanın şimal-qərb və cənub-şərq bölgələrində də mövsüm normalarından bir neçə dərəcə yuxarı olan həddindən artıq istilər hökm sürür. Son istilər nəticəsində 8 nəfər həyatını itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.