DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyanın lüks markaları arasında lider seçilib

Ən sürətlə inkişaf edən avtomobil markası "Lamborghini" olub, onun dəyəri il ərzində 2,2 dəfə artıb.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Almaniyanın "Porsche" avtomobil markası ardıcıl olaraq altıncı ilin nəticələrinə görə "lüks" mallar seqmentində dünya reytinqində lider olaraq qalır. Bu barədə "Brand Finance" şirkəti məlumat yayıb.
Son bir ildə avtomobil markasının dəyəri 9% artaraq 36,76 milyard dollara çatıb.
İkinci yerdə çantaları ilə tanınan "Louis Vuitton" (+12,2%, 26,29 milyard dollara qədər) qərarlaşıb.
Louis Vuitton çanta, arxiv şəkli
"Chanel" parfüm istehsalçısı üçüncü pilləyə yüksəlib (+27% - 19,39 milyard dollara qədər). O, dəyəri 1,5% azalaraq 17,84 milyard dollara çatan İtaliyanın "Gucci" geyim markasını dördüncü pilləyə sıxışdırıb.
Chanel No. 5, arxiv şəkli
Ən sürətlə inkişaf edən avtomobil markası "Lamborghini" olub, onun dəyəri il ərzində 2,2 dəfə artıb. O, bir il əvvəlki 30-cu pillə ilə müqayisədə indi reytinqdə 18-ci yeri tutur.
Lamborghini
"Brand Finance" şirkəti reytinqində yer alan 50 şirkət arasında 12-si Fransanın, 15-i İtaliyanın və 6-sı İsveçrənindir. Həmçinin ABŞ və İngiltərənin də beş markası var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.