BAKI, 17 iyun - Sputnik. Türkiyə hökuməti ölkənin ixracatını bu ilin sonuna kimi 265 milyarda, 2028-ci ildə isə 400 milyard dollara çatdırmağı hədəfləyir. RİA Novosti xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu günə qədər biz həmişə özümüzlə rəqabət aparmışıq. Bu ilin sonunda ixracımızı 265 milyard dollara, gələn il isə 285 milyard dollara çatdırmaq istəyirik. 2028-ci il üçün hədəfimiz 400 milyard dollar və daha yuxarı səviyyəyə çatmaqdır", - deyə Ərdoğan şənbə günü İstanbulda Türkiyə İxracatçılar Birliyinin toplantısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyə təşəbbüsləri genişləndirmək niyyətindədir.
“Biz çox səyahət edəcəyik, dünyanı gəzəcəyik və planlaşdıracağıq. Türkiyənin son 21 ildə xarici siyasətdə atdığı addımlar ixracatımız üçün təsirli olub. Türkiyənin diplomatik nümayəndəliklər şəbəkəsinin genişlənməsi ilə onun ixracı da artıb. Hətta münaqişə tərəflərini bir dam altında birləşdirən ölkə olmağımız bizə xarici ticarətdə üstünlüklər verir. Seçkilərdə qələbə çaldıqdan sonra regionun digər ölkələrində də "küçələrə axışan" sevgi ölkəmizə olan müsbət münasibətin sübutudur”, - deyə Türkiyə lideri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.