"Lombardların iqtisadiyyata xeyri də yoxdur. Əksər lombardlar mövcud fəaliyyətlərini vergidən yayındırmaqla, işçilərini rəsmi qeydiyyata almamaqla daha çox sələmçilik fəaliyyəti göstərirlər. Bunun da iqtisadiyyatımıza heç bir xeyri olmadığını görürük. Əksinə, bu fəaliyyətdən narazı olan əhali sonunda dövlət və dövlət qurumlarını hədəf alır. Bəs nə etmək lazımdır? Mərkəzi Bank problemin həllini necə görür? Bu fəaliyyət sahəsi qanunla tənzimlənib nəzarətedici orqan tərəfindən lombardların fəaliyyətinə nəzarət olunacaq? Olunacaqsa, nə zaman? Olunmayacaqsa, bu nəzarəti hansı qurum öz üzərinə götürəcək?”
“Nazirlik hara baxır?! Bu kriminal mahnılar necə tədbirləri bəzəyir və məktəb rəhbərliyi buna niyə göz yumur?! Biz bu problemin həlli ilə bağlı konsepsiyanı görmürük”, - deyə millət vəkili vurğulayıb.