BAKI, 16 iyun — Sputnik. Hazırda Günəşin səthində 8 ləkə qrupu və 112 ləkə müşahidə olunur. 13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, Günəş küləyinin sürəti maksimum 681 km/san olub.
Gözlənilən müsbət qütblü CH HSS-ə (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) 13 iyunda baş vermiş CME-nin də təsiri əlavə olunduğundan 15 iyun axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib. Hazırda da geomaqnit qasırğası davam edir.
18 iyuna kimi Günəş küləyinin sürətinə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsirinin davam edəcəyi gözlənilir.
Geomaqnit sahəsinin mənfi qütblü CH HSS-in təsiri ilə əlaqədar 18 iyuna kimi aktiv olacağı gözlənilir.
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.