İDMAN

Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırılıb

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran "Şamaxı" I diviziona düşməyəcək.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Misli Premyer Liqasında komanda sayı artırılıb. Bu barədə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov açıqlama verib.
Onun sözlərinə görə, növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran "Şamaxı" I diviziona düşməyəcək.
Həmçinin, aşağı dəstənin çempionu "Araz Naxçıvan"la yanaşı, "Zaqatala" da Premyer Liqaya yüksəlib.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə "Qarabağ" çempion olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.