DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Konqresində rüşvət məsələsinə görə Baydeni "əsrin cinayəti"ndə ittiham ediblər

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Taylor-Qrin bəyan edib ki, Bayden rüşvət aldığı üçün həbsxanaya göndərilməlidir.
Sputnik
BAKI, 14 iyun — Sputnik. ABŞ Prezidenti Co Baydenin Ukraynanın "Burisma" şirkətinin rəhbərliyi ilə əlaqəsi Amerika liderinin "əsrin cinayəti"ni törətdiyinə sübut ola bilər.
Bunu konqresmen Ronni Cekson bildirib.
"Əgər Federal Təhqiqat Bürosunda "Burisma"nın rəhbərinin Co Baydenlə söhbətlərinin audio yazıları varsa, onlar dərhal ictimaiyyətə açıqlanmalıdır! Bu, əsrin cinayətidir!" – deyə respublikaçı "Twitter"də yazıb.
O əlavə edib ki, Bayden ölkənin bütün prezidentləri arasında "ən böyük cinayətkar"dır.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Taylor-Qrin bəyan edib ki, Bayden rüşvət aldığı üçün həbsxanaya göndərilməlidir. Üstəlik, prezident dərhal impiçment proseduruna məruz qalmalıdır.
Xatırladaq ki, iyunun əvvəlində Co Baydenin korrupsiya sxemində iştirak edə biləcəyi və ölkənin vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə "Burisma"nın icraçı direktorundan 5 milyon dollar rüşvət ala biləcəyi barədə məlumatlar peyda olub. İddia olunur ki, bu məbləğə görə Bayden ona ödəniş edən tərəfin xeyrinə siyasi qərarların qəbul edilməsinə təsir göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.