BAKI, 13 iyun — Sputnik. "Növbəti illərdə dostluğumuz və qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaq".
Bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibdə görüşü zamanı deyib.
"Biz bu gün Sizinlə artıq baş-başa görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Prezident seçkilərində Türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız. Yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram", - Prezident İlham Əliyev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.