İDMAN

Maqnus Karlsenin Bakıya gələcəyi təsdiqlənib

Ümumilikdə 206 kişi şahmatçıdan 146-nın, qadınlarda isə 103 nəfərdən 71-nin Dünya Kubokunda iştirakı təsdiqlənib. İyulun 15-30-u aralığında digər namizədlər iştiraklarını təsdiqləməlidirlər
Sputnik
BAKI, 12 iyun — Sputnik. Dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenin Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəyi təsdiqlənib.
FIDE-nin rəsmi saytının xəbərinə görə, verir ki, norveçli qrossmeyster iyulun 29-da start götürəcək yarışın ən reytinqli şahmatçısı olacaq.
Onunla yanaşı, rusiyalı Yan Nepomnyaşi də Dünya Kuboku uğrunda mübarizəyə qatılacaq.
Qadınlar arasında FIDE reytinqinin 2-3-cü yerlərində qərarlaşan Hampi Koneru (Hindistan) və Yu Venyun (Çin) da Bakıya gələcəklər.
Ümumilikdə 206 kişi şahmatçıdan 146-nın, qadınlarda isə 103 nəfərdən 71-nin Dünya Kubokunda iştirakı təsdiqlənib. İyulun 15-30-u aralığında digər namizədlər iştiraklarını təsdiqləməlidirlər.
Qeyd edək ki, yarış iyulun 29-dan avqustun 24-dək təşkil olunacaq. İyulun 29-da turnirin açılış mərasimi, ertəsi gün isə birinci turun görüşlərinin keçirilməsi planlaşdırılır. Dünya Kubokunun mükafat fondu 2,5 milyon dollardır. İlk üç yeri tutan qrossmeysterlər İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.