BAKI, 12 iyun — Sputnik. Azərbaycanın usta cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutublar.
Federasiyadan verilən məlumata görə, yığma kişilər arasında 30 yaşa qədər cüdoçular arasında qızıl medal qazanıb.
Milli komanda ilk görüşdə və yarımfinalda Fransanın müvafiq kollektivlərini məğlub edərək finala yüksəlib. Finalda Belçikaya 3:1 hesabı ilə qalib gələn Azərbaycan Avropa çempionu olub.
Komandanın baş məşqçisi, veteranlar arasında 9 qat qitə çempionu Fərhad Rəcəbli təəssüratlarını Avropa Cüdo Birliyinin rəsmi saytı ilə bölüşüb: "Əvvəl məqsəd sadəcə medal qazanmaq idi. Lakin yarış başladıqda anladım ki, biz Avropa çempionu bilərik və bunu bacardıq. Buna görə özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Biz ildə iki böyük çempionatda - Avropa və dünya çempionatında iştirak edirik. Bu, mənim üçün böyük zövqdür, hər şey cüdodan həzz almaqdan ibarətdir. Azərbaycanda veteran komandamız var və birlikdə məşq edirik, buna görə də güclü ruh var".
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər (Report).