HƏRBİ

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Türkiyənin Milli müdafiə naziri Yaşar Güler raket fabrikindəki partlayışa görə Hatay səfərini yarımçıq qoyaraq Ankaraya qayıdıb.
Sputnik
BAKI, 10 iyun - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı başsağlığında deyilir:
"Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir.
Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
***
Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə səfərini yarımçıq qoyub və Ankara şəhərinin Almadağ bölgəsində yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə partlayış xəbərindən sonra paytaxta qayıdıb.
"Hürriyet“ qəzetinin yazdığına görə, milli müdafiə naziri Yaşar Güler ​​Hatay vilayətində proqramını yarımçıq qoyaraq Ankaraya yollanıb.
Qeyd edək ki, fabrikdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.