BAKI, 10 iyun - Sputnik. Fransa prezidenti Emmanuel Makron İran lideri İbrahim Rəisi ilə telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Yelisey sarayının nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Makron İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünün nəticələrinin ciddiliyinə diqqət çəkib. Fransa prezidenti Tehranı Moskvaya dəstəyini dərhal dayandırmağa çağırıb.