BAKI, 9 iyun — Sputnik. Rusiya Dəmir Yollarının mütəxəssisləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən (ND) olan həmkarları ilə birlikdə çatışmazlıqları müəyyən etmək üçün marşrutun infrastrukturunun vəziyyətini izləyirlər. Bunu şirkətin baş direktorunun birinci müavini Sergey Pavlov bildirib.
"Şimal-Cənub" Nəıqliyyat Dəhlizi Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. ND-nin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü). 2023-cü ilin mayında Rusiya və İran Şimal-Cənub-Qərb dəmir yolunun son zəruri hissəsinin - İranda Rəşt-Astara hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalayıb.
"Biz azərbaycanlı və iranlı həmkarlarımızla birlikdə çətinlikləri müəyyən etmək üçün çoxlu işlər görürük, çünki bu xəttin tikintisindən sonra - bu, 162 kilometrdir - birinci mərhələdə ən azı 15 milyon ton tranzit yük daşınmalıdır. Mütəxəssislərimiz Azərbaycandan təzəcə qayıdıblar, biz həmkarlarımızla birlikdə Azərbaycanda, İranda çətinlikllərin aradan qaldırılması üçün lazım olan yerləri müəyyənləşdiririk", - Pavlov cümə günü Avrasiya Konqresinin sessiyasında çıxışı zamanı deyib.
Pavlov əlavə edib ki, artıq sərhədlərdən kənara daha geniş baxırıq ki, heç bir halda, o cümlədən ölkəmizdən kənarda çətinliklər yaranmasın.