RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna Silahlı Qüvvələrinin hücumunun qarşısı alınıb - Şoyqu

Ukrayna ordusunun bölmələri kəşfiyyat vasitəsilə aşkar edilib, onlara artilleriya, aviasiya və tank əleyhinə silahlardan qabaqlayıcı zərbə endirilib.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Ukrayna silahlı qüvvələrinin Zaporojye istiqamətində Rusiya müdafiəsini yarıb keçmək cəhdinin qarşısı alınıb. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Bu gün saat 01:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər canlı qüvvə və 150 ​​zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib", - Şoyqu deyib.
Sergey Şoyqu
Onun sözlərinə görə, Ukrayna ordusunun bölmələri kəşfiyyat vasitəsilə aşkar edilib, onlara artilleriya, aviasiya və tank əleyhinə silahlardan qabaqlayıcı zərbə endirilib.
"Düşmən dörd istiqamətdə dayandırılıb və böyük itkilərlə geri çəkilib. İki saat davam edən döyüş nəticəsində düşmən 30 tankı, 11 piyada döyüş maşını və 350 nəfərədək şəxsi heyətini itirib", - Şoyqu bildirib.
nazirin sözlərinə görə, düşmənin bu hücumunun həyata keçirilməsi üçün xüsusi hazırlanmış ehtiyat qüvvələri öz tapşırığını yerinə yetirə bilməyib.
"Dünənki döyüş əməliyyatları günü, iyunun 7-də düşmən 945 şəxsi heyəti, 33 tankı, 28 piyada döyüş maşını, 38 zirehli döyüş maşını, 3 "Krab" özüyeriyən artilleriya qurğusu və digər silah-sursatını itirib", - Şoyqu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.