DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə dollar daha da bahalaşdı

1 dollar səhər saatlarında 22.85 türk lirəsi, 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox ucuzlaşıb.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Türkiyədə dollar bahalaşmaqda davam edir.
1 dollar səhər saatlarında 22.85 türk lirəsi (TL), 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.4565 TL, satış üzrə 21.4952 TL müəyyən edib.
Qeyd edək ki, dollar ötən həftəni 20.92 lirə, avro isə 22.59 lirə ilə başa vurmuşdu.
ABŞ-ın "JP Morgan" bankı Türkiyədə Mərkəzi Bankın uçot faiz dərəcəsini 8.5%-dən 25.00%-ə qədər kəskin artımının masa üzərində olduğunu bildirib. ABŞ-ın "Goldman Sachs" bankı isə növbəti 12 ayda Türkiyənin milli valyutasının dollar qarşısında ucuzlaşaraq 28.00 lirə səviyyəsinə qədər enə biləcəyini ehtimal edib.
Xatırladaq ki, Mehmet Şimşək həftəsonu Türkiyənin xəzinə və maliyyə naziri təyin edilib. Sözügedən təyinat və nazir Şimşəyin ilk açıqlamaları bazarlar tərəfindən müsbət qarşılanıb.