BAKI, 7 iyun — Sputnik. Avropa İttifaqı iyulun 21-də Brüsseldə Ermənistan və Azərbaycan başçıları arasında danışıqlarda irəliləyişin əldə olunmasının vacibliyini bəyan edib.
"Danışıqlar və dialoq Azərbaycan və Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur. Ona görə də dialoqun davamlılığı və konkret nəticələri proses üçün mühüm əhəmiyyət kəsb edir və biz Bakının iyulda Aİ-nin köməkliyi ilə keçiriləcək növbəti iclasda iştirakını alqışlayırıq", - deyə Aİ-nin bəyanatında deyilir.
Qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan və Ermənistanın mayın 14-də Brüsseldə Aİ-nin himayəsi altında sülh danışıqlarında iştirakının bərpasını alqışlayır, bu müddət ərzində hər iki tərəf bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləyib.
"İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi", - məlumatda deyilir.
İyulun 21-də Brüsseldə Azərbaycan, Ermənistan və Avropa Şurası başçılarının üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir.