İQTİSADİYYAT

Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır

Elnur Əliyev bildirib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır.
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır. İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır.
Qeyd edək ki, mayın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiya çərçivəsində ilk iclası keçirilir.
İclasın gündəliyinə 4 məsələ daxil edilib.
1. "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
2. "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
3. "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
4. "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi (üçüncü oxunuş).