İDMAN

Bu gün UEFA Konfrans Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulacaq

Turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulacaq.
Turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gələcəklər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.