RUSİYA

Lavrov Mərkəzi Asiya ölkələrinə xəbərdarlıq edib

Rusiya xarici işlər naziri xəbərdarlıq edib ki, Qərb Mərkəzi Asiya regionuna humanitar və hərbi nüfuz etmək üçün məqsədyönlü addımlar atır.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Moskva Mərkəzi Asiya regionundakı dostlarını Qərbin təşviq etdiyi əməkdaşlıq formatlarına, o cümlədən hərbi sahədəki əlaqələrə diqqətlə yanaşmağa çağırır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Düşənbədəki Rusiya-Tacikistan (Slavyan) Universitetində çıxışı zamanı deyib.
O qeyd edib ki, ABŞ və onun müttəfiqləri ölkələrin daxili siyasi quruluşunu özlərinə uyğun, yəni "rəngli inqilablar" vasitəsilə yenidən formalaşdırmağa çalışırlar.
"Qərbli geosiyasi mühəndisləri tərəfindən irəli sürülən təşviq proqramları əslində regionun siyasi və iqtisadi landşaftına nəzarət və yenidən formatlaşdırmaq üçün alətlərdir. Biz dostlarımızı Qərbin hərbi sahədə tətbiq etdiyi əməkdaşlığı və hüquq-mühafizə orqanlarının əməkdaşlarının təlim proqramlarını diqqətli şəkildə analiz etməyə çağırırıq", - deyə Lavrov qeyd edib.
Nazir həmçinin qeyd edib ki, Qərb Mərkəzi Asiya regionuna humanitar və hərbi nüfuz etmək üçün məqsədyönlü addımlar atır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiya və Tacikistan birgə mübarizəni davam etdirəcək - Lavrov