"Prezident Tayyib Ərdoğan mayın 28-də qazandığı qələbədən dərhal sonra quracağı hökumətin bütün Türkiyəni təmsil edəcəyinə söz verdi. Həqiqətən də Ərdoğanın yeni kabineti öz işini yaxşı görənlər arasından seçildi. Yeni nazirlərin əksəriyyəti uğurlu texnokratlardır və partiya mənşəli bürokratlar çox azdır. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) hakimiyyətinin ilk illərində cəmiyyət tərəfindən qiymətləndirilən uğurlu texnokrat və bürokratlara mühüm vəzifələr verməklə uğur qazanmışdır. Yeni kabinet 2002-ci ildəki kabineti xatırladır", - deyə analitik qeyd edib.
"Bu mövzu xüsusilə iqtisadiyyat sahəsində müsbət nəticələr verəcək. Xüsusilə bəzi nazirləri dəyərləndirsək, MİT-in keçmiş rəhbəri Hakan Fidanın xarici işlər naziri seçilməsi Suriya ilə yeni bir dövrün açılacağına işarə kimi qəbul edilə bilər. Fidan təhlükəsizlik sahəsində mütəxəssis olan və xarici işlər naziri vəzifəsini yerinə yetirmək üçün bir çox keyfiyyətlərə malik bir bürokratdır".