DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində ABŞ-la genişmiqyaslı münaqişənin qlobal fəlakətə gətirəcəyi proqnozlaşdırıb

Çinli nazir vurğulayıb ki, Pekin və Vaşinqton arasındakı fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli əlaqələrin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi üçün maraqların uyğun gəlməsinə çalışmalıdırlar.
Sputnik
BAKI, 5 iyun - Sputnik. Vaşinqton və Pekin arasında genişmiqyaslı münaqişə bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Bu barədə TASS Çin müdafiə naziri Li Şanfunun sözlərinə istinadən xəbər verib.
Çin və ABŞ münasibətləri qlobal əhəmiyyət daşıyır və ölkələr arasındakı qarşıdurma isə bütün beynəlxalq ictimaiyyətə mənfi təsir göstərəcək.
“Çinlə ABŞ arasındakı ciddi münaqişənin və ya qarşıdurmanın bütün dünya üçün dözülməz fəlakətə çevriləcəyini inkar etmək olmaz”, - deyə Şanfu qeyd edib.
Onun sözlərinə görə, son bir neçə ildə ölkələr arasında münasibətlər çox aşağı səviyyədə olub. Nazir vurğulayıb ki, Pekin və Vaşinqton arasındakı fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli əlaqələrin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi üçün maraqların uyğun gəlməsinə çalışmalıdırlar.
"Biz inanırıq ki, Çin və ABŞ dünya ölkələrinin ümidlərini doğrultmalı və zamanın tendensiyalarına əməl etməlidirlər", - Şanfu əlavə edib.
Bu yaxınlarda ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Li Şanqfu (Pekinin istəməməsinə baxmayaraq) arasında görüşü olub. Lakin Pentaqon qeyd edib ki, onların arasında “əsaslı fikir mübadiləsi” olmayıb.