MƏDƏNİYYƏT

Satirik şeir yazırsan, biri gəlib elə rəy yazır ki, sənin yazdığın alt-üst olur - Böyükçöl

Xeyrəddin Qocanın fikrincə, Gül­mə­li söz­lər yaz­maq, ki­mi isə gül­dür­mək yu­mor ol­ma­dı­ğı ki­mi, in­sa­nın hey­siy­yə­ti­nə to­xu­nan, kəs­kin söz­lər­lə də sa­ti­ra ol­maz.
Sputnik
BAKI, 4 iyun — Sputnik. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. XIX–XX əsrlərdə Azərbaycan maarifçiləri mürtəce ruhaniyyəti, feodal dərəbəyiliyini, maarif və məktəbin düşmənlərini, cəhaləti satirik əsərlər – şeir, felyeton, hekayə və s. formada tənqid etmişdilər. Ona görə XIX əsr Azərbaycan satirik ədəbiyyatının qızıl dövrü sayılır. Təəssüf ki, bu gün ədəbiyyatda və mediada satirik janrda nə bir yazı, nə də bir ədəbiyyat nümunəsi yaranmır desək, yəqin ki, yanılmarıq.
Bir çox satirik əsərlərin müəllifi olan Xeyrəddin Qoca bildirir ki, sa­ti­ra janrının getdikcə unudulmasının başlıca səbəblərindən biri te­le­vi­zi­ya və ra­dio­lar­da ya­yım­la­nan şit, ba­ya­ğı proq­ram­lardır:
""Sa­ti­ra və yu­mo­run "hör­mət­dən düş­mə­si"nin bir sə­bə­bi də te­le­ra­dio mə­ka­nın­da, mət­bu­at­da ge­dən şit, ba­ya­ğı, sö­zün əsl mə­na­sın­da, ət­tö­kən "məz­hə­kə­lər­dir". Bun­la­rın ək­sə­riy­yə­ti­nin nə mə­ra­mı var, nə də məz­mu­nu. Sə­viy­yə­siz in­san­lar öz yün­gül­lük­lə­ri­ni nü­ma­yiş et­dir­mək­dən baş­qa heç nə­yə qa­dir de­yil­lər. Be­lə­lik­lə, on­lar bə­zi ta­ma­şa­çı­la­rı da "yün­gül­ləş­di­rir­lər". Ta­ma­şa­çı elə bi­lir ki, gü­lüş elə be­lə ol­ma­lı­dır".
Xeyrəddin Qoca
O bil­di­rir ki, sa­ti­ra-yu­mor jan­rı qı­sa, kon­kret yaz­ma­ğı tə­ləb edir. Hər qə­ləm sa­hi­bi sa­ti­ra, yu­mor ya­za bil­məz. Sa­ti­ra və yu­mo­run di­li son də­rə­cə ay­dın, xal­qın da­nı­şıq tər­zi­nə uy­ğun, söz­çü­lük­dən uzaq ol­ma­lı­dır. Yə­ni, az söz­lə bö­yük fi­kir­lər ifa­də et­mə­yi ba­car­maq la­zım­dır.
"Gül­mə­li söz­lər yaz­maq, ki­mi isə gül­dür­mək yu­mor ol­ma­dı­ğı ki­mi, in­sa­nın hey­siy­yə­ti­nə to­xu­nan, kəs­kin söz­lər­lə də sa­ti­ra ol­maz. Sa­ti­ra-yu­mor mü­əy­yən tə­sir gü­cü­nə ma­lik ol­ma­lı­dır. Yə­ni gü­lə-gü­lə ağ­lat­ma­ğı, ağ­la­ya-ağ­la­ya gül­dür­mə­yi ba­car­maq la­zım­dır. Adam tə­əc­cüb edir, te­le­ek­ran­lar­da Mir­zə Cə­li­lin, Sa­bi­rin he­ka­yə­lə­ri­ni, şe­ir­lə­ri­ni oxu­yur­lar - bir-bi­ri­nin diz­lə­ri­nə, kü­rə­yi­nə şa­pa­laq iliş­di­rə-iliş­di­rə, bir-bi­ri­nin çiy­ni­nə çi­yin­lə­ri ilə to­xu­na-to­xu­na, şit-şit, iri­şə-iri­şə... Belə­lə­ri bil­mə­li­dir­lər ki, sa­ti­ra əy­lən­cə de­yil, xal­qın dər­di­dir. O, ürək yan­ğı­sı ilə, göz yaş­la­rı ilə ya­zı­lır. Ne­cə de­yər­lər, ya­zı­çı­nın bir gö­zü gü­lür­sə, bir gö­zü də ağ­la­yır. Xal­qın dər­di­ni isə əy­lən­cə­yə çe­virm­ək ayıb­dır", - Xeyrəddin Qoca deyib.
Müsahibimiz əlavə edib ki, səh­nə­lər­də də sa­ti­rik əsə­rə "gü­lüş" qat­maq üçün bə­zi ak­tyor­lar min cür la­zım­sız hə­rə­kət­lə­rə yol ve­rir­lər. On­lar bil­mə­li­dir­lər ki, ta­ma­şa­çı­nı gül­dü­rə­rək onun ar­xa­sın­ca get­mə­li de­yil­lər, on­la­rı öz ar­xa­la­rın­ca apar­ma­lı­dır­lar. Həm də ha­mı bil­mə­li­dir ki, sa­ti­ra­da­kı gü­lüş acı gü­lüş­dür, yə­ni sa­ti­ra gül­mək üçün ya­zıl­mır, dü­şün­mək üçün ya­zı­lır. Kim de­yir ki, in­san­lar gül­mə­sin­lər, am­ma gü­lə-gü­lə dü­şün­sün­lər. On­da sa­ti­ri­kin əsə­ri ya­zar­kən han­sı hiss­lər ke­çir­di­yi­ni da­ha yax­şı ba­şa düş­mək olar:
"İn­di də te­atr­la­rın sa­ti­rik əsər­lə­rə eh­ti­ya­cı ol­du­ğu­nu qə­tiy­yət­lə de­yi­rəm. Ta­ma­şa­lar xal­qın ürə­yin­dən ol­ma­lı­dır, çün­ki in­san­lar "ürək­lə­rin­dən ti­kan çı­xa­ran" əsər­lə­rə bö­yük ma­raq gös­tə­rir­lər. Be­lə ol­sa, te­atr­la­ra ta­ma­şa­çı cəlb et­mək üçün "əl­dən-ayaq­dan get­mə­yə" eh­ti­yac qal­maz, ta­ma­şa­çı qıt­lı­ğı ol­maz".
Tanınmış yazıçı Kəramət Böyükçöl isə deyir edir ki, Azərbaycanda satira yazanlar sosial şəbəkələrdən onlara olan münasibətləri görürlər, onların yazmaq eşqi elə oradaca ölür:
"Satirik bir şeir yazırsan, ya da hekayə yazırsan, oxucunun biri gəlib elə rəy yazır ki, sənin yazdığın alt-üst olur. Bu, birinci səbəbdir. İkincisi isə satira ciddi ədəbiyyat üçün əsas göstərici deyil, sadəcə olaraq vasitəçi rolunu oynayır. Bunun da ən sonuncu nümayəndəsi Baba Pünhan idi. Bu gün satirə yazan heç kimi tanımıram. Bunun da başlıca səbəbi odur ki, oxucular satiraya ciddi baxmırlar. Məsələn, 90-cı illərdə Zamin Hacı satirik yazılar yazırdı. İndi o da anlayı ki, artıq onun dövranı bitib, indi ondan da istedadlı, ondan da satirik statuslar yazanlar var".
K.Böyükçölün fikrincə, sovet dönəmində və o dövründən qalmış yazıçılarla oxucular arasında bir səhnə olub. O "səhnə" qadağaları özündə ehtiva edən səhnədir. Amma gənc nəsil oxucu və yazıçı arasında səhnə götürülüb.
"Tutaq ki, yazıçı hansısa əsərini paylaşır, oxucu əsərlə bağlı fikrini birbaşa çatdırır. Yazıçı da özündə məsuliyyəti dərk edir ki, onun yazdığını oxuyurlar və buna görə onu sərt tənqid edə bilərlər" - deyə yazıçı əlavə edib.
90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Mübariz Əsgərovun aparıcısı olduğu "Qulp" proqramı həmin dövrün ən sevilən satirik verilişlərində olub. "Qulp" verilişini həm siyasi müxalifət, həm də iqtidar sevib. Mübariz Əsgərovun fikrincə, verilişin bu qədər sevilməyinə səbəb burada qərəzli mövqenin olmaması olub:
"Bu verilişlə cəmiyyətə güzgü tutulurdu. 20 ildən artıq efirdə oldu bu veriliş, amma bir dəfə də olsun məhkəməyə düşməmişəm. Ən yüksək postlarda oturan insanlar belə, məndən o verilişin yenidən bərpasını istəyir. Mən o verilişdə azadlığı da hiss etmişəm, eyni zamanda məsuliyyəti də dərk etmişəm. Heç vaxt şəxsi məsələlərə toxunmamışam".
Müsahibimiz təəssüf hissi ilə qeyd edir ki, bəzən reytinq xatirinə istər hökumət, istərsə də qeyri-hökumət nümayəndəsinin şəxsi həyatından danışırlar, təhqir edirlər:
"Mən həmişə bundan qaçmışam. İndiki jurnalistikamızın ən böyük bəlalarından biri də odur ki, təhqirlə tənqidi, təhqirlə cəsarəti səhv salırlar. Elə bilirlər ki, təhqir etmək cəsarətdir. Məhz buna görə də "Qulp" proqramı sevilirdi, hələ elə bir adam tanımadım ki, o məndən buna görə narazı qalsın. "Qulp" Azərbaycan televiziya tarixində iki ilkə imza atıb. Həm ən uzun publisistik proqram kimi tarixə düşüb, həm də Azərbaycan teleməkanında belə satirik ənənələri olan ikinci veriliş olmayıb. İndi də tamaşaçıların yadındadır. Haraya gedirəmsə, tamaşaçıdan bu verilişin adını eşidirəm".
Bir sözlə, həmsöhbətlərimiz o fikirdədirlər ki, sosial şəbəkə və sosial media fenomenlərinin ucuz yumoru səviyyəli və düşündürücü satiranı arxa plana keçirib. Əgər belə davam edərsə, xalqın ümumi səviyyəsi çox aşağı düşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.