RUSİYA

Rusiya Avropada ərzaq qiymətlərinin ucuzlaşmasına görə yeganə ölkə olub

Rusiya Federasiyasında deflyasiya 0,22% təşkil edib.
Sputnik
BAKI, 4 iyun - Sputnik. Rusiya bu ilin aprelində ərzaq qiymətlərinin ucuzlaşması ilə Avropa ölkələri arasında yeganə ölkə olub. İllik hesablamada Rusiya Federasiyasında deflyasiya 0,22% təşkil edib.
Bu barədə RİA Novosti informasiya agentliyi məlumat verib.
Qeyd olunur ki, Rusiyada bundan əvvəl yalnız bir dəfə deflyasiya müşahidə olunub: 2018-ci ilin iyununda o zaman bu göstərici 0,42% olub.
Agentliyin hesablamalarına əsasən, bir çox Avropa ölkələrində, ən çox da Çexiyada, eləcə də Bosniya və Herseqovinada inflyasiya yavaşlayıb. Bu ölkələrdə azalma 6,2% olub.
Apreldə Avropa ölkələri arasında ən aşağı inflyasiya İsveçrədə qeydə alınıb. Bu dövlətdə məhsulların maya dəyəri 5,4% artıb. Belarusda inflyasiyanın artımı 6,1%, Kiprdə 6,7%, Albaniyada isə 9,6% təşkil edib.
Aprel ayının nəticələrinə görə, ərzaq qiymətləri ən çox Macarıstanda - 39%, Slovakiyada - 25,4%, Estoniyada - 23,4%, Serbiyada - 23,1%, Ukraynada - 22,2%, Litvada - 21,9%, o cümlədən Latviyada - 20,2% bahalaşıb.
“KP.RU” saytı bu yaxınlarda yazıb ki, 2023-cü ilin martında Rusiyada illik inflyasiyanın artım tempi nəzərəçarpacaq dərəcədə yavaşlayıb. Əgər fevralda bu göstərici 10,99% idisə, martda 3,51% təşkil edib. Ay ərzində ölkədə orta hesabla qiymətlər 0,37% bahalaşıb. Ərzaq məhsulları fevral ayı ilə müqayisədə 0,14%, 2022-ci ilin mart ayı ilə müqayisədə isə cəmi 0,12% bahalaşıb.
Bu yaxınlarda Rusiya Baş naziri Mixail Mişustin bu ölkədə inflyasiya səviyyəsinin bütün Avropa ölkələri arasında ən aşağı olduğunu söyləyib. O bildirib ki, mayın əvvəlində bu göstərici illik ifadədə 2,3% təşkil edib.
https://www.kp.ru/online/news/5300099/