BAKI, 4 iyun - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib.
Ceyhun Bayramov öz Twitter hesabında yazıb:
“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.
Xatırladaq ki, Mövlud Çavuşoğlu yenidən Türkiyənin Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın qurduğu yeni Nazirlər Kabinetində yer almayıb. O, indidən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili kimi fəaliyyətini davam etdirəcək.
Türkiyənin yeni xarici işlər naziri postuna isə əvvəl Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik etmiş Hakan Fidan gətirilib.