ELM

NASA-da UFO-nun daimi öyrənilməsi şöbəsi təsis edilməlidir – ekspert

Bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur.
NASA-da naməlum uçan obyektlərin tədqiqi şöbəsi olmalıdır.
Bunu NASA-nın keçmiş rəhbərinin müavini, "Redwire" aerokosmik şirkətinin vitse-prezidenti Mayk Qoldun söyləyib.
"Düşünürəm ki, hazırda həlledici an və fürsət yetişib... Bu məsələləri institutsional şəkildə möhkəmləndirmək, hərtərəfli və ciddi yanaşmaq üçün, fikrimcə, NASA-nın daimi fəaliyyət göstərən şöbəsi lazımdır", - deyə Qold NASA-nın 2022-ci ildə naməlum uçuş obyektlərə həsr olunmuş müstəqil araşdırma ilə bağlı keçirdiyi brifinqdə bildirib". – "Bu işin üzərində kosmik sahədən 16 mütəxəssis, o cümlədən alimlər və şirkətlərin nümayəndələri işləyirlər. Onların sırasında olan Qold bildirib ki, "tədqiqatdakı məsələlərin heç biri tez həll edilə bilməz və həqiqətən də davamlı yanaşma tələb edir".
Mütəxəssislərin apardıqları, nəticələrinin 2023-cü ilin ortalarında dərc olunacağı gözlənilən analiz çərçivəsində UFO-ların öyrənilməsinin ən səmərəli şəkildə necə davam etdirilməsinə yanaşma formalaşdırılmalıdır. NASA-dan olan layihə kuratoru Daniel Evansın brifinq zamanı söylədiyi kimi tədqiqatın vəzifəsi artıq qeydə alınmış UFO hallarının təhlili deyil, daha çox bu istiqamətdə gələcək işlərin hazırlanmasıdır. O, həmçinin vurğulayıb ki, bu günə qədər elm adamlarında məlum UFO hallarının hər hansı başqa planetdəki həyat ilə əlaqəli olması barədə heç bir təsdiq yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.