RUSİYA

Moskvada uşaqlara Azərbaycanın xalq nağıllarını oxuyublar

Balaca qonaqlara Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın illüstrasiyaları ilə Azərbaycan xalq nağılları təqdim olunub.
Sputnik
BAKI, 3 iyun - Sputnik. Moskvada Etnoqrafiya kitabxanasında Uşaqlar Günü münasibətilə kitabxananın kiçik ziyarətçilərinə və onların valideynlərinə Azərbaycan xalq nağılları danışılıb.
Tədbir Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil olunub.
Şənliyin qonaqları animatorlarla oynayıb, milli Azərbaycan şirniyyatlarından dadıb, Azərbaycanın milli musiqi alətlərinə, saxsı və çəkic məmulatlarının ekspozisiyasına baxıblar.
Həmçinin balaca qonaqlara Heydər Əliyev Fondununu vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın illüstrasiyaları ilə Azərbaycan xalq nağılları təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.