İDMAN

Azərbaycanda futbol üzrə II Divizion yaradılıb

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısında 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi qərara alınıb.
Sputnik
BAKI, 3 iyun - Sputnik. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib.
İclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi qərara alınıb.
Bununla bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.