BAKI, 2 iyun — Sputnik. Rusiya Federasiya Şurası (RFŞ) iyunun 7-də Ukrayna ilə Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin ləğvi məsələsinə baxacaq.
Bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına 2003-cü il dekabrın 24-də Kerçdə Azov dənizi və Kerç boğazından istifadə ilə bağlı Rusiya ilə Ukrayna arasında imzalanmış sazişin ləğvi barədə qanun layihəsi təqdim edib.
2003-cü ildə Rusiya və Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bildirilib ki, zərurət yaranarsa, ölkələr akvatoriyanın dövlət sərhədi ilə möhkəmləndirilməsini müəyyən edən ayrıca saziş bağlayacaqlar.
Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı Donetsk, Zaporojye və Xerson bölgələrinin bir sıra ərazilərinin azad edilməsindən sonra Ukrayna faktiki olaraq Azov dənizinə çıxışını itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.