RUSİYA

Kreml Paşinyanın bəyanatına reaksiya verdi

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Kreml Paşinyanın Ermənistanın Rusiyanın Ukrayna münaqişəsində müttəfiqi olmadığı barədə sözlərini nəzərə alır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bilirik ki, bu mühüm bəyanatdır. Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var. Bununla belə, Moskva İrəvanla müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam edəcək", - Kremlin sözçüsü vurğulayıb.

Ermənistan baş naziri Nikol Paşinyan "CNN primanews" telekanalına müsahibəsində deyib ki, Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyillər.
Nikol Paşinyan, arxiv şəkli
Onun sözlərinə görə, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunun fərqinə varırlar, bunu daha çox sezirlər, Rusiyada isə görürlər ki, Ermənistan Ukraynadakı müharibədə onların müttəfiqi deyil.

"Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik. Görünür, bütün bu toqquşmalardan yayınmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, ondan yayınma ehtimalı da bir o qədər az olar", - Paşinyan vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.